Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında Venesuelaya səfər edəcək.
Bu barədə Türkiyə lideri Anakarada venesuelalı həmkarı Nikolas Maduro ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, həm Nikolas Maduronun Türkiyəyə səfəri həm də onun Venesuelaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına zəmin yaradaraq yeni fürsətlər açacaq.
Bundan əlavə, Ərdoğan iki ölkənin ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətində olduqlarını da qeyd edib.
Türkiyə Prezidenti həmçinin Venesuelaya qarşı tətbiq olunan birtərəfli sanksiyaları da pisləyib.