14 C
Baku
Thursday, March 28, 2024

Türkiyə və Azərbaycan birgə texnopark yaradacaq

Türkiyə və Azərbaycan birgə texnopark yaradacaq.

Bu barədə Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır bildirib.

“Ümid edirəm ki, bu, növbəti TEKNOFEST-də bu qurulacaq. Birlikdə bir çox yeni layihələr həyata keçirəcəyik”, – nazir müavini deyib.

“2018-ci ildə hiss etdiyimiz həyəcanı və ruh yüksəkliyini bu gün Bakıda da hiss edirik. “TEKNOFEST Azərbaycan”ın son günündəyik, bu gün xeyli sayda iştirakçı var. Bugünkü iştirakla biz “TEKNOFEST Azərbaycan”ı 300 mindən çox ziyarətçi ilə tamamlayacağıq. Bu yerlər üçün rekord hadisə olacaq”.

O, qeyd edib ki, Azərbaycan və Türkiyə texnologiya sahəsində əməkdaşlıq edəcək.

Nazir müavini bütün həmsöhbətləri ilə innovasiya və texnologiya yönümlü işbirliklərini gücləndirməyin vacibliyini bildirib:

“Kosmos sahəsində tamamilə yeni əməkdaşlıqlar haqqında danışdıq, onların infrastrukturunu hazırladıq. Türkiyə və Azərbaycan texnologiya startaplarının faydalana biləcəyi müştərək müəssisə kapitalı fondları yaradacağıq. Birlikdə bir çox yeni layihələr həyata keçirəcəyik”.

 

 

Son xəbərlər
Digər xəbərlər