22 C
Baku
Sunday, May 26, 2024

Türkiyə və Misir ticarət həcmini artırmağı planlaşdırır

Türkiyə ilə Misir ölkələrarası ticarət həcmini 20 milyard dollara çatdırmağı planlaşdırır.

Bunu Türkiyə-Misir Xarici İqtisadi Əlaqələr Komissiyasının sədri Mustafa Dənizər deyib.

“Türkiyə mallarının Misirə rahat idxalını təmin etsək, ticarət balansını daha da artıra bilərik. Əsasən sənaye məhsullarından ibarət olan on milyard dollarlıq ikitərəfli ticarət 15-20 milyard dollara çata bilər”, – Denizer bildirib.

Onun sözlərinə görə, yaxın bir neçə ildə pərakəndə satış, enerji, məişət texnikası, nəqliyyat sektorlarına sərmayələr arta bilər.

Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2019-cu ildə Misirə mal tədarükü 3,32 milyard dollar təşkil edib. Artıq 2020-ci ildə bu rəqəm 2,95 milyard dollara düşüb.

Qeyd edək ki, iyulun 4-də Türkiyə ilə Misir son 10 ildə ilk dəfə diplomatik münasibətləri tam bərpa edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər