Türkiyə və Türkmənistan qarşılıqlı ticarət dövriyyəsini 2,5 dəfə artıraraq, 5 milyard dollara çatdırmağı planlaşdırır.
Bu barədə Türkiyənin Aşqabaddakı səfiri Toqan Oralın yazdığı məqalədə deyilir.
“Türkiyə Türkmənistanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci ildə Türkiyə ilə Türkmənistan arasında xarici ticarətin həcmi əvvəlki illə müqayisədə 41% artaraq 2 milyard dolları ötüb. Bizim ümumi ticarət həcmimiz 2022-ci ilin ilk 8 ayı 1 milyard 330 milyon dollara çatıb. Biz prezidentlərimizin qarşıya qoyduğu 5 milyard dollarlıq hədəfə ən qısa zamanda çatmağa çalışırıq”, – səfir qeyd edib.
Oral vurğulayıb ki, türk şirkətləri bu günədək Türkmənistanda 50 milyard dollar dəyərində 1000-dən çox layihə həyata keçirib.