Türkiyə XİN-ə yeni sözçü təyin edilib

Türkiyənin Xarici İşlər Nazirliyində yeni kadr təyinatı olub.

Diplomat Tanju Bilgiç qardaş ölkənin XİN-in İnformasiya idarəsinin müdiri – Nazirliyin sözçüsü vəzifəsinə təyin edilib.

O, bu gündən fəaliyyətə başlayıb.

T.Bilginçdən əvvəl Türkiyə XİN-in sözçüsü Hami Aksoy olub.

Qeyd edək ki, T.Bilgiç Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib. 1995-ci ildə Türkiyə XİN-də işə başlayıb.

Nazirlikdə bir çox fərqli vəzifələrdə çalışıb. 2014-2016-cı illərdə XİN-in İnformasiya idarəsinin müdir müavini – Nazirliyin sözçüsü olub.

2016-2021-ci illərdə Türkiyənin Serbiyadakı səfiri işləyib. Bundan başqa, Türkiyənin Bosniya və Herseqovina, Danimarka, Fransa və Rusiyadakı diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər