Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli ölkədə davam edən meşə yanğınları ilə bağlı son statisik göstəriciləri açıqlayıb.
Nazir bu barədə özünün tvitterdəki səhifəsində yazıb.
“Meşənin qəhrəmanları 5 əyalətdə 13 meşə yanğını nəzarət altına almaq mübarizəsi böyük səylə davam edir. Son 10 gündə 47 əyalətdə 209 meşə yanğını nəzarət altına alındı”, – deyə nazir sosial şəbəkədəki hesabında yazıb.