9 C
Baku
Thursday, December 12, 2024

Türkiyədə bir neçə nazir vəzifədən kənarlaşdırılacaq

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətində, o cümlədən Nazirlər Kabinetində ciddi dəyişikliklərə gedəcəyi iddia olunur.

Banker.az xəbər verir ki, iddialarda AKP Nazirlər Kabinetində təmsil olunan Süleyman Soylu və Bəkir Bozdağdan başqa digər nazirlərin vəzifədən kənarlaşdırılacağı qeyd olunur.

Bildirilir ki, bu islahatlar partiyanın reytinqini yüksəltmək məqsədilə aparılacaq.

Təyin ediləcək yeni hökumətin daha əvvəl nazir vəzifəsində çalışmış yüksək səviyyəli AKP üzvləri arasından seçiləcəyi gözlənilir. Keçmiş nazirlərin yenidən təyin olunması ilə Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindəki seçicilərin yenidən AKP-yə üz tutması hədəflənir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər