-3 C
Baku
Sunday, December 15, 2024

Türkiyədə mənzil alan rusların sayı 200% artıb

Cari ilin yanvar-sentyabr aylarında Türkiyədə daşınmaz əmlak alan Rusiya və Ukrayna vətəndaşlarının sayı artıb.

Ötən ilin müvafiq dövründə hər iki ölkə vətəndaşları ümumilikdə 3 905 mənzil almışdısa, cari ildə bu rəqəm 11 086-ya yüksəlib.

Bundan başqa, Türkiyədə daşınmaz əmlak sahibi olan xarici ölkə vətəndaşları arasında rus və ukraynalıların payı 10% idisə, bu rəqəm 22% olub.

Təkcə Rusiya vətəndaşlarının qardaş ölkədə aldığı mənzil sayı ötən illə müqayidəsə 200% artıb. İllik artım faizinə görə isə Rusiya vətəndaşları ilk, Ukrayna vətəndaşları isə ikinci pillədədirlər

Son xəbərlər
Digər xəbərlər