Türkiyədə prezidentliyə namizəd üçün 555 980 lirə (təxminən 50 000 manat) maliyyə vəsaiti ayrılıb.
Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener bildirib.
Onun sözlərinə görə, müstəqil deputatlığa namizəd üçün 55 598 lirə (təxminən 5 000 manat) maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək.