6 C
Baku
Sunday, December 15, 2024

Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün xarici ölkələrdəki səsvermə tarixi məlum olub

Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsvermə tarixi məlum olub.

Bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Qeyd olunub ki, səsvermə prosesi 20-24 may tarixlərində keçiriləcək.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd – Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər