18 C
Baku
Thursday, April 25, 2024

Türkiyədən Azərbaycana ixrac edilən avtomobillərin həcmi $90 milyonu ötüb

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1.08 dəfə artıraraq 96.9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Azərbaycana avtomobil ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 6.8 faiz azaldaraq 5.7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz artaraq 17.3 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 2 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3.5 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 30.3 milyard dollar məbləğində avtomobil ixrac edib.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər