9 C
Baku
Friday, December 13, 2024

Türkiyəli nazir: “İsveç və Finlandiya tələblərimizə cavab verməyib”

“İsveç və Finlandiya hələ ki, bizim tələblərimizə cavab verməyib”.

Bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ jurnalistlərə açıqlamasında deyib.

“İsveç tərəfi bu günlərdə bir dələduzun qaytarılacağı barədə açıqlama verdi. Biz terrorçuların geri qaytarılmasını istəyirik. Digər cinayətkarların qaytarılması barədə onsuz da problemimiz yoxdur. Qarşı tərəf tələblərimizi düzgün anlamalıdır. Əgər onlar sözlərini yerinə yetirməsələr, NATO-ya üzvlük istiqamətində heç bir irəliləyiş olmayacaq”, – o bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər