8 C
Baku
Friday, December 13, 2024

Türkiyənin ən hündür su elektrik stansiyasının tikintisi başa çatıb

Türkiyənin ən hündür su elektrik stansiyasının tikintisi artıq başa çatıb.

Təməli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2013-cü ilin fevral ayının 26-da Artvin şəhərinin Çoruh çayı üzərində atılan Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.

5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.

Qeyd edək ki, R.T.Ərdoğan bildirib ki, Türkiyənin dünyada 9-cu yerdə olduğu su elektrik enerjisinə 34 yeni su elektrik stansiyası əlavə edilib. İnvestisiya dəyəri 16 milyard türk lirəsi olan bu elektrik stansiyaları 6 ildə bütün gözləntiləri doğruldacaq.

Onu da əlavə edək ki, anbarın aşağı axınında elektromexaniki və hidromexaniki işlər və çay yatağının düzülməsi işləri hələ də davam etdirilir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər