6 C
Baku
Saturday, December 14, 2024

Türkiyənin “Akkuyu” AES-də enerji istehsalına başlayacağı tarix açıqlanıb

Türkiyə 2024-cü ildə ölkənin ilk atom elektrik stansiyası olan “Akkuyu”da (AES) elektrik enerjisi istehsalına başlamağı planlaşdırır.

Bu barədə Türkiyənin Energetika Nazirliyinin nüvə enerjisi idarəsinin rəhbəri Salih Sarı bildirib.

“Aprelin 27-də nüvə yanacağı “Akkuyu”ya çatdırılıb. Gələn il AES-də elektrik enerjisi istehsalına başlamağı hədəfləyirik”, – Salih Sarı qeyd edib.

Türkiyə Energetika Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Türkiyə Rusiya və Cənubi Koreya ilə Qara dənizin “Sinop” vilayətində ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır. Bundan əlavə, Türkiyənin Avropa hissəsində (Trakiya bölgəsi) üçüncü AES-in tikintisi ilə bağlı danışıqlar aparılır, həmçinin dördüncü AES-in tikintisi də planlaşdırılır.

“Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər