17 C
Baku
Thursday, May 2, 2024

Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi səsverməyə açılıb

Prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi bugün yerli vaxtla saat 9:00-da səsverməyə açılıb.

Səfir Cahit Bağçı səs verib.

Səfirliyin məlumatına əsasən, Türkiyədən kənarda daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik vətəndaşların Azərbaycanda səs verə bilməsi üçün bütün hazırlıqlar başa çatıb.

Qeyd edək ki, Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün, YSK-nın qərarına əsasən, 5-6-7 may tarixlərində Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu qurulacaq və bu tarixlərdə saat 9:00-21:00 arasında 12 saat ərzində fasiləsiz şəkildə səsvermə keçiriləcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər