6 C
Baku
Saturday, December 14, 2024

Türkiyənin ixracat şirkətləri bütün dövrlərin ən yüksək gəlirini əldə ediblər

Türkiyənin ixracat şirkətləri bu ilin may ayı ərzində 19 milyard ABŞ dolları ilə bütün dövrlərin ən yüksək gəlirini əldə ediblər. Bu rəqəm 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz yüksəkdir.

Banker.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş ölkənin İxracatçılar Məclisinin üzvləri ilə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bununla da ilin əvvəlindən etibarən hər ay yeni rekorda imza atan Türkiyə ixracatı bu dövr ərzində ən yüksək səviyyəyə çatıb.

Mehmet Muş may ayında ölkənin xarici ticarət həcminin əvvəlki illə müqayisədə 31,1 faiz artaraq 48,6 milyard dollara yüksəldiyini, may ayı üzrə idxal rəqəmlərinin isə 29,6 milyard dollara çatdığını bildirib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər