25 C
Baku
Saturday, April 20, 2024

Türkiyənin məşhur şirkəti Azərbaycana investisiya yatırmaq istəyir

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin nümayəndələri ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verilir. 

Görüşdə nazir qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, yaradılan sənaye parkları barədə məlumat verən İqtisadiyyat naziri Türkiyə şirkətlərini ölkəmizdəki işgüzar şəraitdən yararlanmaqla əməkdaşlığı genişləndirməyə dəvət edib.

“ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin İdarə Heyətinin rəhbəri Mustafa Başer təmsil etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib, şirkətin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə kimya sənayesi məhsulları istehsalı sahəsində əməkdaşlıq, bu sahədə birgə müəssisənin yaradılması barədə müzakirələr aparılıb.

5e0c35ef 8426 468e 9708 0ac4e6a61ada

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər