17 C
Baku
Sunday, May 19, 2024

Türkiyənin vitse-prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb – YENİLƏNİB

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib.

Bu barədə Cevdet Yılmaz “X” hesabında paylaşım edib.

Kədəri kədəimiz, sevinci sevincimiz olan, daim iki dövlət bir millət olan qardaş ölkə Azərbaycandayıq. Səfər proqramı çərçivəsində Türkiyə Yüzilliyi Əməkdaşlıq və Həmrəylik Platformasının təşkil etdiyi “İş Dünyası Görüşü” proqramında iştirak edəcəyik. Sabah səhər Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşəcəyik. Sonra Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidləri məzarlığını ziyarət edəcəyik. Daha sonra Azərbaycanın Baş naziri cənab Əli Əsədov və Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarova ilə görüşəcəyik. Daha sonra Türkiyə Cümhuriyyətinin Bakı səfirliyinə baş çəkərək proqramımızı tamamlayacağıq. Ürək körpülərimizin möhkəm təməllər üzərində möhkəm bağlarla qurulduğu sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığı əbədi olaraq davam edəcəkdir”, – deyə qeyd olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər