“Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi xurmanın ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində iş aparır.
Bunu qurumun sədri Qadir Yusifov bildirib.
“Ənənəvi bazarımız Rusiyadır. Amma digər ölkələrlə də danışıqlar aparırıq. Məsələn, ərəb və digər Asiya ölkələri ilə mütəmadi danışıqlarımız gedir. O cümlədən, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki marketlər şəbəkəsinə, Türkmənistana, Qazaxıstanın şimal hissəsinə, Rusiyanın Ural zonasına məhsullar çıxarmağa çalışırıq”, – deyə o qeyd edib.
Azərbaycan ötən il təxminən 126 milyon ABŞ dolları dəyərində 174 min ton xurma ixrac edib. Q.Yusifovun sözlərinə görə, bu il ixracın həcminin ən az ötənilki qədər olmasına çalışacaqlar.