10 C
Baku
Thursday, December 12, 2024

Tviter-Mask məhkəməsinin tarixi bəlli oldu

Sosial media şirkəti tviterin təxminən 44 milyard dollarlıq satınalma müqaviləsinə xitam verdiyi üçün “Tesla” və “SpaceX”in baş direktoru İlon Maska açdığı məhkəmənin tarixi məlum olub.

Şirkətin qaldırdığı iddiaya oktyabr ayında baxılacaq.

Tviterin Maska qarşı iddiası üzrə ilk məhkəmə prosesi Delaver ştatının Kanser Məhkəməsində keçirilib.

Məhkəmə iclasında tviter rəsmiləri işin sentyabrda başlamasını tələb etsə də, Maskın vəkilləri bu tarixin fevrala və ya daha sonraya təxirə salınmasını istəyib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər