9 C
Baku
Friday, December 13, 2024

“Twitter” “Clubhouse”u 4 mlrd. dollara almaq üçün danışıqlar aparıb

“Twitter” “Clubhouse”un satın alınması ilə bağlı bir neçə aydır danışıqlar aparır.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Şirkət 4 milyard dollar qiymətləndirmə ilə “Clubhouse”u almaq mövzusunu müzakirə edib. Müzakirələrin dayandırılmasının səbəbləri agentliyə məlum deyil.

“Twitter”in sözçüsü şərh verməkdən imtina edib, “Clubhouse” da “Bloomberg”in müraciətinə cavab verməyib.

Qeyd edək ki, “Clubhouse” 2020-ci ilin aprelində Pol Devison və Rohan Set tərəfindən istifadəyə verilib. Xidmət dəvət sistemi ilə işləyir və bu günə qədər yalnız iOS cihazları üçün əlçatan olub. Yanvar ayının sonunda investorlar onu 1 milyard dollar dəyərində qiymətləndirib.

Bir ildən az müddətdə “Clubhouse” 12.7 milyon dəfə yüklənib. Şəbəkənin populyarlığının pik nöqtəsi 2021-ci ilin fevral ayına düşüb.

Son xəbərlər
Digər xəbərlər