“Twitter” şirkəti “fake”lərin, yəni səhv təsəvvür yaratmaq məqsədilə hazırlanmış xəbər və materialların internetdə yayılmasını əngəlləmək üçün fəaliyyətində dəyişiklik edəcəyini açıqlayıb.
Belə materiallar arasında “Deepfake” texnologiyasına əsaslanan videolar da var.
“Şəbəkədəki davranışlara müvafiq olaraq daima öz qaydalarımızı yeniləyirik” – deyə şirkətin mikrobloqlar şəbəkəsində yerləşdirilən açıqlamada bildirilir.
©Report