Yeni yaradılacaq servis Player adlandırılacaq və özündə ən məşhur videoformatları əks etdirəcək. Lakin hər bir videonun davam etmə müddəti 10 dəqiqədən artıq ola bilməyəcək.
Bununla yanaşı, Twitter Video xidmətində istifadəçilər reklam yerləşdirə və yerləşdirdikləri videoya düzəliş edə bilməyəcəklər.
Əvvəllər verilən məlumata görə, Instagramdan istifadə edən istifadəçilərin sayı 300 milyonu keçmişdi ki, bununla da Twitter-i geridə qoymuşdu. Son məlumatlara görə, Twitter-in hazırda 284 milyon istifadəçisi var.