16 C
Baku
Monday, April 29, 2024

“Twitter” rəsmi adını “X Corp.” olaraq dəyişib

“Twitter Inc.” artıq mövcud deyil, belə ki, şirkət “X Corp” ilə birləşib. Sövdələşmə ilə bağlı hələlik rəsmi məlumat verilməsə də, aprelin 4-də Kaliforniya Rayon Məhkəməsində şikayəti qəbul edilən amerikalı fəal Laura Loomerin iddiası sayəsində ictimaiyyətə açıq olub.

Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

“Federal Mülki Prosessual Qaydaların 7.1(a)(1) bölməsinə uyğun olaraq, cavabdeh “X Corp.”un vəkili bildirir ki, şirkət “Twitter Inc.” ilə birləşib”, – sənəddə deyilir. Şirkətlərin faktiki birləşməsinin aprelin 4-də baş verdiyi dəqiqləşdirilir. Bundan əlavə, korporasiya “Twitter”in əsas ofisinin əvvəllər qeydiyyatdan keçdiyi Delaver ştatında deyil, Nevada ştatına köçürüldüyünü vurğulayır.

27 oktyabr 2022-ci ildə Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Noyabrın 6-da o, “Twitter Blue” abunəliyinin bir hissəsi kimi ödənişli hesab yoxlamasını tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Noyabrın 10-da abunə satışı saxta hesabların sayının artması səbəbindən dayandırılıb, lakin artıq dekabr ayında satışlar bərpa edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər