Üç illlik dövlət istiqrazlarının gəlirliliyi azalıb

25 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 (qalıq 1001) gün olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 32 investor tərəfindən qiymət intervalı 85.9444 (13.5899%) manat və 96.9701 (8.8489%) manat olan 67 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7318 (9.7545%) manat, orta ölçülmüş qiyməti 95.5550 (8.7156%) manat müəyyən edilmişdir. Öncəki ayda 3 illik dövlət istiqrazlarının orta gəlirliliyi 9.22% idi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 191,025,500 manat, yerləşdirilmiş həcmi isə 82,500,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.

Hərrac iştirakçıları 26 iyul 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər