10 C
Baku
Wednesday, December 11, 2024

Uğur problemləri gizlədir

Pixar-ın qurucusu və keçmiş prezidenti Ed Ketmell “müvəffəqiyyət problemləri gizlədir” ifadəsini çox sevir. Onun sözlərinə görə, kinostudiyanın iş gününün sonunda etmək istədiyi ən son şey nəyin doğru, nəyin isə səhv olduğunu təhlil etməkdir. Lakin eyni zamanda o, kiçik problemlərin uğurun təməl daşı olduğuna inanır. “Dahilər korporasiyası” kitabında bu mövzuya daha geniş toxunulur. 

Təəssüf ki, bu – həqiqətdir. Belə ki, “kor ləkələri” görmək çətindir – gələcəkdə təhlükə və ya fürsətə çevrilə biləcək iş və həyatımız haqqında bilmədiyimiz nüanslar. Uğur onları daha da dərin gizlədir. Səbəblər isə bunlardır:

– Uğur diqqətimizi səhvlərdən və düzəltməli olduğumuz məqamlardan yayındırır;

– Uğur daxilimizdəki özünəgüvən hissini gücləndirir və təkmilləşməyə ehtiyacımız olmadığını düşünməyə vadar edir;

– Uğur heç bir problemin olmadığını, olsa belə heç bir əhəmiyyəti olmadığına dair yalan əminlik verir;

– Uğur problemləri həll etməyə imkan vermir, çünki həmin an yolunda gedən işlərlə məşğul oluruq;

– Uğur yan təsirlərin fərqinə varmır. Ailənizə və dostlarınıza daha az vaxt ayırırsınız, az dincəlirsiniz, tükənirsiniz – nədənsə hamı bütün diqqətini yaxşı işlərin üzərində cəmləşdirir. 

Uğurun arxasında problemlərin olduğunu başa düşsəniz, geri çəkilib onları tanıya və həll etmək üçün bir plan tərtib edə bilərsiniz. Bu işdə sizə bir neçə strategiya kömək edə bilər. 

Minnətdar olun, təvazökar qalın

Çox az adam həyatında bir dəfə də olsun uğur qazanır. Onu qazanmaq və əldə saxlamaq isə tək-tük adamın işidir. Heç vaxt səhvlərə meylli olduğunuzu və həyatda heç nəyin zəmanəti olmadığını unutmayın. Əldə etdiyiniz hər şeyə görə minnətdar olun. Bu məqsədlə nailiyyətlər siyahısını tuta bilərsiniz. Əmin olun: davamlı uğur zəhmət tələb edir. 

Həmişə həll edilməli olan problemləri axtarmaq

Problemlər hər zaman var, hər şey nə əldə etdiyinizdən asılıdır. Ancaq bütün diqqəti yalnız problemlərə yönəltmək zərərlidir – siz ətrafınızdakı imkanları da görməlisiniz. Keçmiş müvəffəqiyyəti qeyd edərkən və yeni fürsətlər axtararkən nəyi təkmilləşdirə biləcəyinizə fikir verin. İşlər nə qədər yaxşı olsa da, növbəti dəfə daha yaxşı nəticə əldə edə bilərsiniz. 

Uğurun gizli mənfi tərəflərini müəyyənləşdirmək

Uğur heç vaxt pulsuz olmur – ona nail olmaq üçün vaxt, enerji və diqqət xərcləməli olursunuz. Ödəməli olduğunu qiymət çox vaxt xroniki stresə və oturaq həyat tərzinə gətirib çıxarır. Uğurun sizə ucuz başa gəlməsindən əminsiniz? 

Boynumuza almalıyıq ki, adətən xarici müvəffəqiyyətə çox, daxili müvəffəqiyyətə isə az diqqət ayırırıq. Pulun, statusun və tanınmanın lazım olduğundan daha yüksək qiymətləndiririk. Baxmayaraq ki, xeyirxahlıq və fədakarlıq da uğura aparır, onlar haqqında tez-tez unuduruq. 

Əgər işinizdə və şəxsi həyatınızda müəyyən müvəffəqiyyət əldə etmisinizsə, bunun arxasında, demək olar ki, görmədiyiniz problemlərin gizləndiyini unutmayın. Bunu dərk etmək onları həll etmək üçün atılan ilk addımdır.

Son xəbərlər
Digər xəbərlər