10 C
Baku
Thursday, December 12, 2024

Ukrayna 1.5 mlrd. avrodan çox hərbi yardım alacaq

Ukrayna beynəlxalq tərəfdaşlarından 1,5 milyard avrodan çox hərbi yardım alacaq.

Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

“Uzun mənzilli SCALP raketləri, “Leopard” tankları, əlavə “Patriot”lar, F-16 pilot təlimləri ictimaiyyətə açıqlanan yardımın yalnız bir hissəsidir”, – nazir qeyd edib.

Ukrayna müdafiə naziri Reznikov ölkəsinin əsas tərəfdaşlarının yeni elan etdiyi hərbi yardım paketləri barədə məlumat verib. Onun sözlərinə görə, Almaniyanın elan etdiyi yeni hərbi yardım paketi 700 milyon avro dəyərindədir və bura 25 ədəd “Leopard 1A5” tankları, 40 ədəd “Marder 1A3” piyada döyüş maşınları, 2 ədəd “Patriot” havadan müdafiə sistemləri , 5 ədəd “Bergepanzer” 2 yerdən-havaya raket sistemləri, 20 000 ədəd 155-mm artilleriya mərmisi, 5 000 ədəd tüstü mərmisi daxildir.

Avstraliyanın elan etdiyi yeni hərbi yardım paketinə 30 ədəd “Bushmaster” zirehli personal maşınları daxildir.

Norveç 1000 ədəd “Black Hornet” mikro-dronları, NASAMS-a dəstək paketi (2 əlavə yanğın idarəetmə mərkəzi, iki buraxılış qurğusu və ehtiyat hissələri) verəcək. Norveç həmçinin Ukraynaya hərbi yardım büdcəsinin həcmini 240 milyon dollardan 930 milyon dollara qədər artırıb; hava hücumundan müdafiə və artilleriya imkanlarının gücləndirilməsinə dair razılaşmalar da var.

Böyük Britaniyanın hərbi yardım paketinə 70-dən çox döyüş maşını, tanklar üçün minlərlə sursat, texnikanın təmiri üçün 64,7 milyon dollarlıq hərbi yardım paketi daxildir.

Fransa SCALP raketləri və minatəmizləmə üçün əlavə mühəndis avadanlıqları verəcək.

Niderland avqust ayında pilotların təliminə başlamaq barədə razılıq verib, həmçinin bu ölkə Ukraynanın hava hücumundan müdafiə və artilleriya imkanlarının gücləndirilməsinə töhfə verəcək.

Kanada Ukraynaya dəstək və transatlantik təhlükəsizliyi gücləndirmək üçün 410 milyon dollar yeni maliyyə ayırır, Ukrayna Silahlı Qüvvələrinin zirehli texnika ilə gücləndirilməsi istiqamətində dəstək verəcək.

Son xəbərlər
Digər xəbərlər