7 C
Baku
Thursday, December 12, 2024

Ukrayna 17.4 milyard dollarlıq bərpa planını təqdim edib

Ukrayna Prezidentinin ofisi ölkənin sosial infrastrukturunun qısa zamanda bərpası üçün “Fast Recovery” adlı bərpa planı hazırlayıb.

Bu barədə Prezident Zelenskinin ofis rəhbərinin müavini Kiril Timoşenko məlumat verib.

O, hazırlanan planın tətbiqi üçün 17.4 milyard dolların tələb olunduğunu əlavə edib:

“Söhbət fəaliyyətinə ən zəruri infrastruktur obyektlərinin bərpasından gedir”.

İsveçrənin Luqano şəhərində Ukrayna ilə bağlı keçirilən beynəlxalq konfransda açıqlanan planda yaşayış infrastrukturu ilə yanaşı, 400 məktəb, 300 bağça, 300 xəstəxana və bir sıra kommunal obyektlərin bərpası nəzərdə tutulur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər