10 C
Baku
Thursday, December 12, 2024

Ukrayna 48 saat ərzində ATƏT-in iclasının keçirilməsini tələb edib

Ukrayna Rusiyanın ölkə sərhədləri yaxınlığındakı davranışlarına görə 48 saat ərzində ATƏT Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə iclasının keçirilməsini xahiş edir.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, Kiyev Rusiyadan şəffaflıq tələb etməkdə davam edir. Onun sözlərinə görə, Rusiya fevralın 15-də baş tutan Vyana sənədi çərçivəsində görüşdə iştirakdan imtina edib.

“Biz bir daha Rusiyanı iştirakçı dövlətlərin haqlı narahatlıqlarını aradan qaldırmağa və Ukrayna ilə sərhəd yaxınlığında hərbi əməliyyatları nəticəsində yaranmış gərginliyi aradan qaldırmaq üçün ATƏT-in vasitələrindən istifadə etməyə çağırırıq. Qoşunların geri çəkilməsi barədə bəyanatlar kifayət deyil. Bizə şəffaflıq və faktlar lazımdır”, – deyə o, yazıb.

 

 

Son xəbərlər
Digər xəbərlər