17 C
Baku
Saturday, May 4, 2024

Ukrayna Moskva birjasına sanksiya tətbiq edib

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 333 rusiyalıya və Moskva birjasına qarşı sanksiya tətbiq etmək qərarını təsdiq edib.

Müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Prezident fərmanı ilə 333 Rusiya vətəndaşına və Moskva Birjasına qarşı sanksiya tətbiq edilib.

10 il müddətində qüvvədə olacaq sanksiyalara aktivlərin bloklanması, ticarət əməliyyatlarının tamamilə dayandırılması, kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması Ukraynada fəaliyyət üçün lisenziyaların və digər icazələrin dayandırılması və Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi daxildir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər