6 C
Baku
Sunday, December 15, 2024

Ukrayna ordusu Soledarı tərk edib

Ukrayna Silahlı Qüvvələri (SQ) şəxsi heyətin həyatını xilas etmək üçün Donetsk vilayətindəki Soledar şəhərindən geri çəkilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı bildirib.

O qeyd edib ki, ordu əvvəlcədən hazırlanmış müdafiə xəttində möhkəmlənib: “Ordu əsas tapşırığı yerinə yetirib. Biz düşmənə imkan vermədik ki, döyüşlər gedən ərazinin Donetsk istiqamətindəki hissəsində sistemli şəkildə cəbhə xəttini yarıb keçə bilsin. Döyüşlər zamanı düşmən xeyli texnika və canlı qüvvə itirib”.

Çerevatı onu da əlavə edib ki, Ukrayna hərbçilərinin mühasirəyə alınması və ya əsir götürülməsinə imkan verilməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər