Ukrayna Qara dəniz limanlarından Ukrayna taxılının təhlükəsiz ixracına imkan verən müqavilənin 120 günlük uzadılmasını istəyir.
Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal məlumat verib.
“Biz taxıl müqaviləsinin müddətinin açıq olmasını və avtomatik olaraq 120 gün müddətinə uzadılmasını israr edirik. Ukrayna dünyanın ərzaq təhlükəsizliyinin əsas halqalarından biridir”, – Şmıqal deyib.
Ukrayna baş nazirinin sözlərinə görə, Kiyev müqavilə çərçivəsində 24 milyon tondan çox ərzaq ixrac edib.
Qeyd edək ki, müqavilənin müddəti şənbə günü başa çatır. Rusiya razılaşmanı 60 gün uzatmağa razı olduğunu bildirib.