26 C
Baku
Wednesday, April 24, 2024

Ukrayna “Taxıl sazişi”nin vaxtının uzadılmasına çalışacaq

“Taxıl sazişi”nin vaxtının uzadılmasına çalışacağıq”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Bloomberg”a müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar aparılır: “Biz Ukrayna limanlarından taxıl ixracı üçün mandatın uzadılmasına ümid edirik”.

M.Podolyak müzakirələrin çətinliklə davam etdiyini söyləyib və nəticənin nə vaxt əldə olunacağı ilə bağlı suala konkret cavab vermək istəməyib: “Biz Rusiya ilə birbaşa danışıqlar aparmırıq”.

Qeyd edək ki, “Taxıl sazişi”nin vaxtı gələn ay, noyabrda başa çatacaq.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-dən başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub. İyul ayında isə İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında baş tutan danışıqlar zamanı dünya ölkələrinə taxıl daşınmasına dair razılıq əldə olunub

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər