Ukrayna bankları Xerson vilayətinin sakinlərinin əmanətlərini bloklayıb. Bu barədə iyunun 13-də regionun hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov jurnalistlərə bildirib.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu, bir daha təsdiqləyir ki, Kiyev kartla insanlara pul köçürməklə, vətəndaşların onları çəkməyəcəyini bilir.
Artıq Xerson vilayətinin hakimiyyəti vətəndaşların Ukrayna banklarından götürdüyü kreditləri və mənzil-kommunal xidmətlərə görə borclarını silmək qərarına gəlib.
Rusiya prezident Vladimir Putinin göstərişi ilə Ukraynada fevralın 24-də hərbi əməliyyatlara başlayıb. Bildirilir ki, Rusiyanın əsas məqsədləri Kiyev rejiminin “denasifikasiyası və demilitarizasiyası”dır.
ОтветитьПереслать |