11 C
Baku
Wednesday, May 22, 2024

Ukrayna Xersonun bir neçə yaşayış məntəqəsini azad edib

Ukraynanın Xerson vilayətinin üç kəndi – Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka Rusiya hərbçilərindən azad edilib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Təkcə bu günlərdə Xerson vilayətində Novovoskresenskoye, Novoqriqorovka və Petropavlovka kimi yaşayış məntəqələri psevdoreferendumdan azad edilib və sabitləşdirilib”, – Prezident deyib.

Zelenski bildirib ki, ordunun irəliləyişi davam edir. O, həmçinin İranın 6 pilotsuz təyyarəsini vurmağa nail olan Ukrayna Hərbi Hava Qüvvələrinin döyüşçülərinin qəhrəmanlığını qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər