10 C
Baku
Thursday, December 12, 2024

Ukrayna XİN başçısı ABŞ dövlət katibi ilə “Patriot” raketlərinin verilməsini müzakirə edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı “Patriot” raketlərinin verilməsini müzakirə edib.

D.Kuleba bu barədə tviterdə yazıb.

Onun sözlərinə görə, “Patriot” zenit-raket komplekslərinin Ukraynaya çatdırılması müzakirə olunub: “Mən ABŞ-a mühüm müdafiə yardımına görə təşəkkür etdim və Ukraynaya hava hücumundan müdafiə sistemlərinin çatdırılmasının sürətləndirilməsinin vacibliyini vurğuladım”.

Bundan başqa, tərəflər Rusiyanın Ukraynaya kütləvi raket hücumları ilə bağlı da fikir mübadiləsi aparıblar.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər