7 C
Baku
Sunday, December 15, 2024

Ukrayna XİN: “Bu il Rusiyanın təcavüzünü dayandırmaq üçün 10 dəfə çox yardım lazımdır”

Ukrayna bu il Rusiya ilə müharibəyə son qoymaq üçün müttəfiqlərin hərbi yardımını əhəmiyyətli dərəcədə artırmalıdır.

Bu barədə Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnik tviterdə yazıb.

“Biz hərbi yardıma görə müttəfiqlərimizə minnətdarıq. Lakin bu, yetərli deyil. Bu il Rusiya təcavüzünə son qoymaq üçün Ukraynaya 10 dəfə daha çox ehtiyac var”, – xarici işlər nazirinin müavini vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın tərəfdaşları “bütün süni qırmızı xətləri” keçməli və Ukraynaya müdafiə yardımı üçün ÜDM-in 1 %-ni ayırmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər