Ukraynanın 6 regionunda 1 milyon 451 minə yaxın abonent raket hücumlarından sonra işıqsız qalıb.
Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Kirilo Timoşenko özünün teleqram kanalında yazıb.
Rəsminin sözlərinə görə, Xmelnitski vilayətində 672 min, Nikolayev vilayətində 188,400, Volın vilayətində 102 min, Çerkassı vilayətində 242 min, Rovno vilayətində 174,790 və Odessa vilayətində 10,500 abonent işıqsız qalıb.