9 C
Baku
Thursday, December 12, 2024

Ukraynada hərbi vəziyyətin müddəti 6-cı dəfə uzadılacaq

Ukrayna Ali Radası tezliklə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini yenidən uzadacaq.

Bu barədə deputat Yaroslav Jeleznyak Telegram-da bildirib.

Onun sözlərinə görə, bu uzadılmalar 2023-cü il fevralın 19-dan sonra başlayacaq və çox güman ki, yenidən 90 gün davam edəcək.

“Fərmanın təsdiqi ilə bağlı müvafiq iki qanunu yaxın vaxtlarda prezident təqdim edəcək. Bu, müharibə başlayandan bəri hərbi vəziyyətə dair 6-cı səsvermə olacaq”, – deyə deputat bildirib.Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra ölkədə hərbi vəziyyət tətbiq olunub. Eyni zamanda ümumi səfərbərlik elan edilib. Ölkədə hərbi vəziyyət sonuncu dəfə 19 fevral 2023-cü ilə qədər uzadılmışdı.

Ukraynada hərbi vəziyyət dövründə 18-60 yaş arası hərbi xidmətə cəlb olunan kişilərin bəzi istisnalar olmaqla, ölkədən çıxışı qadağandır. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hərəkət azadlığı da məhdudlaşdırılır. Komendant saatı tətbiq olunub.

Son xəbərlər
Digər xəbərlər