-1 C
Baku
Sunday, December 15, 2024

Ukraynadakı müharibədən sonra “bütün dünya” Bayraktarlara müştəri çıxıb, Reuters yazır

Ukraynanın Rusiya artilleriya sistemlərini və zirehli texnikasını Türkiyənin Bayraktar TB2 pilotsuz təyyarələri ilə məhv etməsi “bütün dünyanı” müştəriyə çevirib.

Banker.az bu barədə Reuters Agentliyinə istinadən xəbər verir.

Agentlik yazır ki, “Baykar” şirkətini idarə edən Səlcuk Bayraktar və qardaşı Halukla, dronların texnologiyanın müasir müharibədə necə inqilab etdiyini göstərdiyini bildiriblər.

“Bayraktar TB2 etməli olduğu şeyi edir – ən qabaqcıl zenit sistemlərini, inkişaf etmiş artilleriya sistemlərini və zirehli texnikaları çıxararaq. Bütün dünya indi müştəridir” -deyə Bakıdakı festivalda Reutersə deyib.

Agentlik qeyd edir ki, ən azı bir müddət, 12 metr qanad genişliyinə malik olan və lazerlə idarə olunan zirehli deşici bombalarla tankları və artilleriyanı məhv etmək üçün 25 000 fut (7 620 metr) hündürlüyə qalxa bilən TB2 Rusiyanın hədsiz hərbi üstünlüyünü sarsıtmağa kömək etdi. Pilotsuz təyyarənin şöhrəti o qədərdir ki, Ukraynada “Bayraktar, Bayraktar” xoru ilə rus qoşunlarını ələ salan mahnılar ifadə edilir.

Satiradan başqa, Bayraktar pilotsuz uçan aparatı Rusiya prezidenti Vladimir Putinin diqqətini çəkib. O cümlədən agentlik yazır ki, müdafiə nazirliyi müharibə başlayandan bəri fevralın 24-dən bu yana ən azı 45 dəfə ictimaiyyət qarşısında qeyd edib.

1980-ci illərdə Bayraktarın atası Özdemir Bayraktar tərəfindən qurulan “Baykar” 2005-ci ildə Türkiyənin yerli müdafiə sənayesini gücləndirməyə çalışdığı bir vaxtda pilotsuz uçan aparatlara diqqət yetirməyə başlayıb.

Bayraktar TB2 Suriya, İraq, Liviya və İkinci Qarabağ, eləcə də Ukraynadakı münaqişələrdə elə bir amil olub ki, hazırda Türkiyənin qlobal müdafiə ixracatına liderlik edir.

Prezident Tayyib Ərdoğan  da TB2 və daha yeni “Akıncı”ya beynəlxalq tələbatın böyük olduğunu deyib.

Qeyd edək ki, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Selçuk Bayraktar barədə bunları demişdi: “Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur”.

Baykar qatlanan qanadları olan və qısa uçuş-enmə zolağına malik təyyarə gəmilərində qalxa və ya enə bilən TB3 və MUIS və ya “Kızılelma” adlı pilotsuz döyüş təyyarəsi üzərində

“İnşallah, TB3-ün ilk uçuşu bu ilin sonu, ya da gələn ilin əvvəlində və “Kızılelma”nın isə gələn il olacaq”– deyə Bayraktar bildirib.

O, Reuters-ə bildirib ki, daha uzun zaman üfüqünə baxsanız, biz taksi dronları üzərində işləyirik – bunun üçün daha yüksək səviyyəli muxtariyyət texnologiyasını inkişaf etdirməliyik – bu, əsasən süni intellektdir – lakin bu, insanların şəhərlərdə necə daşınacağında inqilab olacaq.

 

Son xəbərlər
Digər xəbərlər