17 C
Baku
Friday, May 3, 2024

Ukraynalı qaçqınların sayı 10 milyona çatıb – BMT

Ukraynadakı müharibə səbəbindən 10 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların əksəriyyəti hələ də evlərinə qayıda bilmir.

Bu barədə Yaponiyanın NHK agentliyinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Onun sözlərinə görə, 6.3 milyon insan xaricə gedib, daha 3.7 milyon insan döyüş bölgəsindən ölkənin müxtəlif bölgələrinə təxliyə edilib.

Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Agentliyi artıq müharibə nəticəsində dağılmış 27.5 min evin bərpasına yardım edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər