“Ukraynanın Aİ-yə üzvlüyü proseduru sürətli olmayacaq”

Ukraynanın Aİ-yə üzvlüyü proseduru sürətli olmayacaq.

Bu barədə Europe 1 radiostansiyasına müsahibə verən Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon söyləyib.

O, Ukraynanın iyunun 23-ü və ya 24-ü Avropa İttifaqına üzvlüyə namizədlik statusu alacağını əlavə edib.

Bon Kiyevin tam üzvlüyü prosedurunun sürətli olmayacağını və hər hansı istisnaların edilməyəcəyini də qeyd edib.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər