13 C
Baku
Monday, May 20, 2024

Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötüb

“Hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dollardan çoxdur”.

Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

“Bizim qızıl-valyuta ehtiyatlarımız son 10 ildə tarixi maksimumdadır – 30 milyard dolları ötür. Bu vəsait Ukraynaya 5 aydan artıq idxalı ödəməyə kifayət edəcək”-deyə, o bildirib.

Bundan əvvəl Ukrayna Milli Bankı məlumat vermişdi ki, bu ilin fevralında ölkənin beynəlxalq ehtiyatları əvvəlki ayla müqayisədə 3,5% azalaraq 28,86 milyard dollar təşkil edib. Bu, onun ölkənin valyuta bazarında tələb və təklif arasındakı fərqi ödəmək üçün xarici valyutanın satışına müdaxiləsi ilə bağlı baş verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər