12 C
Baku
Wednesday, December 11, 2024

“Ümid yoxdur” – “Marlboro”nun sahibi Rusiyadakı biznesi sata bilmir

Amerikanın “Philip Morris International” tütün konqlomeratının rəhbəri Yatsek Olçak şirkətin Rusiya bölməsinin satışı ilə bağlı danışıqların çıxılmaz vəziyyətə düşdüyünü bildirib. Bu barədə “Financial Times” yazıb.

Olçakın sözlərinə görə, o, ən azı üç potensial alıcı ilə danışıqlar aparır. Lakin təklif olunan qiymət aşağı olduğu üçün razılaşa bilmir. “Philip Morris” hesab edir ki, biznesi ədalətsiz qiymətə satmaqdansa, qoyub getmək daha yaxşıdır.

“Bu, onların puludur, mənim deyil. Əgər əməliyyatı başa çatdıra biləcək alıcım olsaydı, bəli, edə bilərdik, amma belə bir alıcı yoxdur. Ümid yoxdur. Buna görə biznesi olduğu kimi qoyub getməyi üstün tuturam”, – Olçak söyləyib.

9 mart 2022-ci ildə “Philip Morris” hasilatı azaltdığını və Rusiyaya investisiyaları dayandırdığını açıqlayıb. Şirkət “Marlboro”, “Parliament”, “Bond”, “Chesterfield” və “Next” siqaret markalarını istehsal edir.

Son xəbərlər
Digər xəbərlər