8 C
Baku
Thursday, December 12, 2024

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın 8 xəstəxanasında qiymətləndirmə apardı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın 8 xəstəxanasında qiymətləndirmə aparıb.

Bu barədə qurumdan məlumat verilib.

ÜST-nin ekspert missiyasının yerli səhiyyə qurumlarının təmsilçiləri ilə birgə Bakı şəhəri və Şamaxı rayonundakı seçilmiş 8 dövlət tibb müəssisəsində apardığı qiymətləndirmədə ÜST tərəfindən hazırlanan Xəstəxananın Təcili Yardım Şöbəsinin Qiymətləndirilməsi Alətindən istifadə olunub.

Ümumilikdə 4 sahəni (xəstəxananın xüsusiyyətləri, insan resursları, klinik xidmətlər, siqnal funksiyaları) əhatə edən qiymətləndirmə prosesi 3 mərhələdə həyata keçirilir. Artıq başa çatmış hazırlıq və icra mərhələlərində missiya tərəfindən xəstəxanaların rəhbərləri proses haqqında məlumatlandırılıb, təcili və təxirəsalınmaz tibbi yardım, radiologiya və reanimasiya şöbələri, həmçinin laboratoriya, palatalar və əməliyyat otaqlarına baxış keçirilib. Sonuncu mərhələ olan hesabatın hazırlanması isə bu ilin aprel ayında başa çatacaq və yekun sənəd yerli səhiyyə qurumlarına təqdim olunacaq.

Son xəbərlər
Digər xəbərlər