6 C
Baku
Sunday, December 15, 2024

“Unibank” 2023-cü il üzrə maliyyə göstəricilərini açıqladı

“Unibank KB” ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

Banker.az  bunu bankın illik maliyyə hesabatına istinad edir.

Kommersiya bankı hesabat ili ərzində 32.93 milyon manat xalis mənfəət əldə etməklə kapital balansındakı yığılmış zərərin həcmini azaldıb. 2023-cü il ərzində bankın yığılmış zərərinin həcmi 35.04 milyon manatdan 2.1 manata qədər azalıb.

Bankın 2023-cü ildə faiz gəlirləri illik müqayisədə 30 faiz artmaqla 211.95 milyon manata, qeyri-faiz gəlirləri 54 faiz artmaqla 107.19 milyon manata qədər artdığı halda, faiz xərcləri 26 faiz artaraq 71.78 milyon manata, qeyri-faiz xərcləri 10 faiz artaraq 165.13 milyon manata yüksəlib. Beləliklə, bankın illik əməliyyat mənfəəti 75.1 milyon manat təşkil edib.

Gəlirlərin öncəki illə müqayisədə yüksək artımına rəğmən, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi yüksəlib. Bankın məqsədli ehtiyatının həcmi ötən il 33.59 milyon manat olub.

BALANS

“Unibank” ASC 2023-cü ildə aktivlərinin həcmini illik müqayisədə 10% artırmaqla 1 590.66 milyon manata yüksəldib. Aktivlərində artımı dəstəkləyən əsas amil müştərilərə verilən kreditlərin illik müqayisədə 158.15 milyon manat və ya 18% artaraq 1 047.74 milyon manata yüksəlməsidir. Bankın istehlak kreditlərinin həcmi 627.61 milyon manat, biznes kreditləri 329.4 milyon manat və ipoteka kreditləri 90.74 milyon manat olub.

Bankın aktivləri ilə paralel olaraq öhdəlikləri də illik (+9%) artaraq 1 441.83 mln. manata yüksəlib. Öhdəliklərin 1 215.89 milyon manatını müştərilərdən cəlb edilən depozitlər təşkil edir. Depozitlərin 941.28 mln. manatı fiziki şəxslərin və 274.61 mln. manatı hüquqi şəxslərin depozitləridir.

Cəmi kapitalın həcmi 1 yanvar 2024-cü il tarixinə 148.83 mln. manat olmaqla öncəki illə müqayisədə 31% artmış olub.

3345345390 93939

Son xəbərlər
Digər xəbərlər