9 C
Baku
Friday, December 13, 2024

“Unibank” gömrük qaydalarını pozub, cərimə protokolu tərtib edildi

“Unibank Kommersiya Bankı” ASC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Nəsimi rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Anar İbadzadədir.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, bundan əvvəl “Unibank” barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər