3 C
Baku
Saturday, December 14, 2024

Unibankı nə dərəcədə tanıyırsınız?

Bu gündən etibarən müştərisi olduğunuz bankınız haqqında daha ərtaflı məlumat ala biləcəksiniz. Ölkədə fəaliyyət göstərən və ən iri banklar siyahısında yer alan Unibank haqqında hansı məlumatlara sahibsiniz?  Bəlkə də, bu məqaləni oxuyanlar içərisində çoxları elə məhz Unibankın müştəriləridir.

Bir çoxlarının “Unibank “ kimi tanıdığı və etibar etdikləri bank 27 iyul 1992 tarixindən “MBANK” adı altında  fəaliyyəta başlamışdır .

Bank fəaliyyətə başladığının növbəti ilində yəni, 1993 –cü ildə Azərbaycan Respublikası Milli Bankının icazəsi ilə Gəncə şəhərində “Gəncə” filialını açmış və  Bakı Banklararası Valyuta Birjasının üzvü olmuşdur.

Nəhayət, 2002-ci ildə hazırda Unibank kimi tanınan MBANK, “PROMTEXBANK” Bankı ilə birləşir.  Bu zaman isə Bank adını dəyişərək Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti adı ilə fəaliyyətini davam etdirir.

25162_381482946237_7215853_n

Bankın səhmdarları kimlərdir?

Qəribov Eldar Mahmud oğlu – 65,3384%, Cəfərova Zemfira Mirzə qızı – 5,5000% , Minoritar səhmdarlar – 5,6768%, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) – 15,1515 %, Almaniya İnvestisiya Şirkəti (DEG)  – 8,3333 %.

Qeyd edək ki, Bankın səhmdarı olan Qəribov Eldar Mahmud oğlu, 1992-ci ildə “MBASK Sığorta Şirkəti” adı ilə fəaliyyətə başlayan və hazırda  “AXA MBASK Sığorta Şirkəti” adı ilə fəaliyyət göstərən sığorta şirkətinin də səhmdarları arasındadır.

Bankın rəhbərləri

Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov, İdarə Heyətinin üzvü Azad Qasımov  və Emin Rəsulzadə cənablarıdır. Bankın İcraçı direktoru (CEO) Cəlal Qasımov, icraçı direktorun 1-ci müavini isə Xalid Əhədovdur.

Hazırda Bankın ölkə ərazisində müştərilər üçün 75 bankomatı fəaliyyət göstərir. Bankın aktivləri isə 750 mln. manatdan çoxdur. Öz maliyyə göstəricilərinə görə, son illərdə Bank sektorunun müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan müştərilərin sayı 495 minə yaxındır. 490 mindən çox müştəriləri isə fiziki şəxslərdi.

Bankın nailiyyətləri

Bank 2003-cü ildə AYİB-ın Azərbaycanda Ticarətin İnkişafı Proqramlarına Dəstək Verən Ən Fəal Bankı, 2004-cü ildə The Banker tərəfindən Azərbaycanda Ən Tez İnkişaf Edən Bank, 2005-ci ildə “Euromoney” tərəfindən Azərbaycanın Ən Yaxşı Bankı, 2008-ci ildə isə  “The Banker” Azərbaycanda İlin Bankı adına layiq görülmüşdür.

Növbəti məqalədə, növbəti Bankı Bizimlə birlikdə tanıyın..

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.