16 C
Baku
Thursday, April 25, 2024

“Unibank”ın İdarə Heyətinin I müavini vəzifəsindən ayrılır

“Unibank KB” ASC-nin İdarə Heyəti üzvlərindən biri vəzifəsindən ayrılır.

Banker.az-ın əldə etdiyi məlumata görə, vəzifəsindən ayrılan İdarə Heyəti sədrinin birinci müavini İqor Okayevdir.

İ.Okayev 2018-ci ildə “Unibank”ın İdarə Heyəti sədrinin Korporativ və Pərakəndə biznes üzrə müavini təyin edilmiş, 2020-ci ilin yanvarından isə İdarə Heyətinin birinci müavini təyin edilmişdi.

Qeyd edək ki, hazırda bankın İdarə Heyətinin sədri Faiq Hüseynov, İdarə Heyətinin üzvləri – Faiq Zeynalov, Fərid Abuşov və Emin Rəsulzadədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər