Dünya maliyyə bazarında etibarlı tərəfdaş axtaran və gəlirlərində çevriliş etməyə hazır olan hər kəs üçün Unibank-ın Uniforex xidmətindən böyük hədiyyələr var. İndi Uniforex-ə qoşulmağın əsl məqamıdır.
3 ildən artıq müştərilərinə səmərəli xidmət göstərməkdə davam edən Uniforex xidməti, yeni hesab açanlar üçün xüsusi kampaniyaya başlayır. Yanvarın 18-dən etibarən, açılan bütün hesablara xüsusi güzəştlər olunacaq . Belə ki, qeyd olunan müddətdə hesab açan müştərilərə endirimli spredlər ( valyuta cütlüyünün alış və satış qiymətləri arasındaki fərq) və pulsuz plastik kart təqdim olunacaq. Üstəlik Uniforex müştəriləriləri bankın iş günlərində cəmi 5 dəqiqə ərzində vəsaitlərini ( məbləğdən asılı olmayaraq) mədaxil və məxaric edə bilər. Hər iki halda bank tərəfindən heç bir komissiya haqqı tutulmayacaq.
Bununla yanaşı, Uniforex müştəriləri hesablarına vəsait mədaxil etmək üçün növbə gözləməli olmayacaqlar. Müştərilər Cash-in ödəmə terminalından istifadə edərək, cəmi bir neçə dəqiqə ərzində asanlıqla hesablarına vəsaiti mədaxil edə bilərlər.
Qeyd edək ki, ölkə bank sektorunun liderlərindən olan Unibank-ın fəaliyyəti beynəlxalq reytinq agentlikləri tərəfindən hər zaman yüksək qiymətləndirilir. “Fitch Ratings” və “Moody’s Investors Service” beynəlxalq reytinq agentlikləri bankın reytinqini stabil səviyyədə təsdiqləyiblər.
İki nüfuzlu beynəlxalq maliyyə qurumu AYİB( Avropa Yenidənqurma və İnkişaf Bankı) və DEG (Almaniya İnvestisiya Korporasiyası) Unibankın səhmdarları sırasındadır.
Uniforex-lə bağlı ətraflı məlumatı (012) 117 və yaxud (012) 541 33 33 ( daxili 3514) nömrələrindən əldə etmək olar.